Hindistanın kosmik aparatı Ayın ilk dəfə eniş edilən qütbündə kəşfə çıxdı - İlk FOTOlar
Hindistanın kosmik gəmisi Ayın ilk dəfə eniş edilən cənub qütbündə kəşfə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Hindistanın Kosmik Agentliyini “X” platformasında açıqlama yayıb.
Məlumata görə, Hindistanın Aya göndərdiyi “Chandrayaan-3” səyyahı Ayın səthini tədqiq etməyə başlamaq üçün cümə axşamı səhər kosmik gəmini tərk edib.
Xatırladaq ki, kosmik gəmi çərşənbə günü axşam Ayın kəşf edilməmiş cənub qütbünə enib və Hindistan bu uğura imza atan ilk ölkə olub.
Orbit, eniş aparatı və gəzicidən ibarət olan kosmik gəmi iyulun 14-də Hindistanın cənubundakı Şriharikota Kosmik Mərkəzindən havaya qalxıb.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (İsro) qurucusu Vikram Sarabhainin xatirəsinə Vikram adlandırılan gəmisi qarnında Sanskrit dilində müdriklik mənasını verən “Pragyaan” adlı 26 kq-lıq gəzici, yəni “səyyah” daşıyır.
Qalereya
Oxşar xəbərlər
Hindistan SSRİ, ABŞ və Çindən sonra Ayı fəth edən dördüncü ölkə oldu - FOTO/VİDEO
Hindistanın "Çandrayan-3" kosmik modulu Ayın səthinə uğurlu eniş edib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar bürosunun (ISRO) ya...