NASA kosmosda xarab olan kosmik gəmini düzəltmək üçün söndürüb yandırdı
NASA nasaz kosmik gəmini düzəltmək məqsədilə sadə, gündəlik üsuldan istifadə edib - onu söndürüb yandırıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,gəmi 15 il əvvəl Kosmos agentliyi tərəfindən havaya buraxılıb.
Interstellar Frontier Explorer (IBEX) adlı kosmik cihaz Yer ətrafında dövr edir və Günəş sistemi ilə ulduzlararası kosmos arasındakı qarşılıqlı əlaqəni araşdırır.
Məlumata görə, NASA fevralın 18-də kosmik gəmidə anomaliya ilə qarşılaşdıqlarını açıqlayıb. Müvafiq olaraq, cihazdakı uçuş kompüteri sıfırlanıb və bütün gəmi "gözlənilməz vəziyyət rejiminə" keçirilib.
Bu zaman, tədqiqat qrupu kosmik gəmini idarə etmək qabiliyyətini itirib.
Martın 2-dək komanda müxtəlif üsullara əl ataraq idarə qabiliyyətini bərpa etməyə çalışıb. Lakin cəhdlər uğursuz alınıb. Nəhayət, "firecode reset" adlı prosedur yerinə yetirilib. Xarici sıfırlama mexanizmi olan bu əmr işə yarayıb və IBEX yenidən normal fəaliyyət göstərməyə başlayıb.
Oxşar xəbərlər
NASA: Amerikalıların 2024-cü ildə Aya enməsi mümkün deyil
2024-cü ildə amerikalıların Ay səthinə enməyəcəyi dəqiqləşib. BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsi (NASA)...