NASA: Amerikalıların 2024-cü ildə Aya enməsi mümkün deyil
2024-cü ildə amerikalıların Ay səthinə enməyəcəyi dəqiqləşib.
BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsi (NASA) baş müfəttişliyinin ofisinin hesabatına görə, buna skafandrların olmaması səbəb olacaq.
"NASA-nın hazırki cədvəli ilə - uça bilən xEMU (kosmik kostyum), 2024-cü ilin noyabrına qədər hazır olmalı idi. Lakin bir sıra maneələr səbəbilə planlaşdırılan sınaqlar - skafandrların hazırlanması və sınaqdan keçirilməsi, 20 ay gecikmə ilə baş tutacaq. Bununla da ən azı 2025-ci ilin aprelinə qədər uçuş həyata keçirmək mümkdün olmayacaq", - deyə hesabatda deyilir.
Qeyd edək ki, daha öncə ABŞ-ın Milli Aeronavtika və Fəza İdarəsinin (NASA) yeni açıqladığı məlumatda 2024-cü ildə Aya ilk qadın astronavt göndərmək planlaşdırıldığı bildirilirdi. NASA-nın Aya missiyası Artemis planının bir hissəsidir. Astronavtlar Aya NASA-nın yeni raketi "Space Launch System" (SLS) və Orion kosmik gəmisi ilə yollanacaq. NASA administratoru Cim Bridenstin 28 milyard dollarlıq bu planın məqsədinin insanları 1972-ci ildən sonra ilk dəfə olaraq Ay səthinə qaytarmaq olduğunu deyib. Plana əsasən "Artemis 1" 2021-ci ildə Ay ətrafında insansız uçuş həyata keçirəcək. 2023-cü ildə isə "Artemis 2" Ay ətrafında dövrə vurduqdan sonra astronavtlar 2024-cü ildə "Artemis 3" gəmisində Ayın səthinə enəcək və bir həftə orada qalacaq.Astronavtlar vaxtlarını torpaq, daş nümunələri toplamağa, su və digər mənbələri axtarmağa, eləcə də elmi təcrübələr aparmağa sərf edəcək.
Oxşar xəbərlər
Türkiyə Aya missiya üçün unikal hibrid raket yaradacaq
Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı çatdırmağa imkan verəcək hibrid raket üzərində çalışır. BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, bu barədə...