SİZİN REKLAM BURADA!
055 213 76 73


1912-ci ildə Liverpulda anadan olan Con Tinnisvud "ən yaşlı kişi" tituluna sahibdir. Tinniswood onun qədər yaşamaq istəyənlərə üç məsləhət verib.

Bu barədə BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir.

1912-ci ildə Birləşmiş Krallıqda çox aktiv günlər var idi. Qadınlar səsvermə hüququ qazanmaq üçün mübarizə apararkən, "Titanik" adlı gəmi Liverpul Limanında ilk (və son) səyahətinə hazırlıq görürdü.

Həmin il Liverpul da daha az əhəmiyyətli bir hadisənin şahidi oldu:

Con Tinnisvud adlı körpənin dünyaya gəlməsi.

Tinnisvud o zaman vacib biri kimi sayılmasa da, bu gün o, dünya rekordçusudur. 26 avqust 1912-ci ildə anadan olan Con 111 il 248 gündür sağdır və hazırda ən yaşlı insan titulunu daşıyır.

O, həmçinin həm də Ginnesin Rekordlar Kitabı tərəfindən "yaşayan ən yaşlı insan" kimi təsdiqlənib. 1986-cı ildə 44 illik həyat yoldaşı Blodveni itirən Tinnisvudun dörd nəvəsi və üç nəticəsi var.

111 yaşlı Tinnisvud çox aktiv insandır. Öz işini görür, pulunu özü idarə edir, heç kimin dəstəyinə ehtiyac duymadan yataqdan qalxa bilir.

Dünya rekordçusunun ilk tövsiyəsi hər şeyi normada etməkdir.

Tinnisvud, "Çox içirsinizsə, çox yeyirsinizsə, çox gəzirsinizsə, hər şeyi çox etsəniz, nəticədə əziyyət çəkəcəksiniz. Sağlam bir həyat yaşamaq istəyirsinizsə, heç vaxt sisteminizi çox yükləməyin", - deyə bildirib.

Con siqaret çəkmədiyini və nadir hallarda içki içdiyini də vurğulayıb. Bu vərdişlərin hər ikisi sağlam olmaq üçün vacibdir.

Tinnisvud, son nəticədə ona bu qədər uzun müddət sağ qalmasına imkan verən şeyin şansı olduğunu söyləyib və əlavə edib:

"Bəziləri çox yaşayır, bəziləri qısa yaşayır. Bu barədə edə biləcəyiniz çox şey yoxdur."

Qeyd edək ki, Tinnisvuddan əvvəl "ən yaşlı kişi" titulu Xuan Visente Peresə məxsus idi. Venesuelalı Peres 114 il 311 gün yaşadıqdan sonra vəfat edib.

BAKU.WS