Dünyanın ən uzun kirpikli qadını: Dağda yaşadıqdan sonra kirpiklərim uzanmağa başladı - VİDEO

Dünyanın ən uzun kirpikli qadını: Dağda yaşadıqdan sonra kirpiklərim uzanmağa başladı - VİDEO
Video
Siyasət 2

"Ginnesin Rekordlar Kitabı"na düşmək üçün dişlərinizlə maşın çəkmək və ya nəyisə məharətlə etmək lazım deyil, sadəcə olaraq təbiətdən bəxş edilmiş unikal xüsusiyyətə malik olmaq kifayətdir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, belə qeyri-adi "hədiyyə" 20,5 sm uzunluğunda dünyanın ən uzun kirpiklərinin sahibi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olan çinli Yu Jianxiaya sahibdir.

Qadın qeyri-adi kirpiklərini “Buddanın hədiyyəsi” adlandırır. Ginnesin Rekordlar Kitabı onun kirpiklərinin 2015-ci ildə sürətlə uzanmağa başladığını yazır.

Çinli qadın 480 gündən çox dağlarda olub və sonradan o, kirpiklərinin böyüməyə başladığını hiss edib. Bu xüsusiyyətin hələ elmi və ya genetik izahı yoxdur. Yu Jianxia adi bir həyat yaşayır, lakin kosmetikaya pul xərcləmir.

“Təbii uzun kirpiklərimlə göz kölgəsi və ya göz layneri çəkməyə ehtiyacım yoxdur. Təbii kipriklərim uzun göz layneri rolunu oynayır. Təbii olduqları üçün yuyunmağı və gündəlik həyatımla məşğul olmağı daha asan hesab edirəm. Onlar qopsa da yenidən böyüyürlər”.

Yu Jianxia uzun kirpiklərini qulaqlarının arxasına keçirir. O, bu xüsusiyyətinin ona inanılmaz güc verdiyinə inanır. Qadın əmin edir ki, uzun kirpiklər və güclü bədən arasında əlaqə var:

"Özümü həqiqətən yaxşı hiss edirəm və bir çox insan daha gənc göründüyümü düşünür".

Son xəbərlər