"Titanik" yenidən istehsal ediləcək - FOTO
"Titanik" gəmisi yenidən istehsal ediləcək.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı, milyarder Frederik Palmer "Titanik"in eynisinin istehsalı üçün işlərə başlayıb.
O iddia edir ki yeni "Titanik" orijinalından belə daha gözəl olacaq. Avstarliyalı iş adamının çoxlu mədənləri var. İş adamı "Titanik"i hazırlamaq istədiyini hələ 2012-ci ildə bildirmişdi.
Hətta 2018-ci ildə bunun üçün layihəyə start da vermişdi. Lakin "COVID" pandemiyası səbəbilə işləri yarımçıq qaldı.
Milyarder bu haqda açıqlama verərək ""Titanik"i yenidən istehsal etmək evdə oturub pulumu saymaqdan daha əyləncəlidir" sözlərini söyləyib.
"Titanik"də ümumilikdə 835 kabin yer alacaq. Onlar 1900-cü illərə aid dizaynla dekorasiya ediləcək.
Məlumat üçün bildirək ki, "Titanik" 1912-ci ildə aprelin 15-də batıb. Atlantik okeanında buza çırpılıb. Qəza nəticəsində 1500 sərnişin və ekipaj üzvü vəfat edib.
Oxşar xəbərlər
Bu baş verdikdə Atlantik Okeanı yox olacaq - Alimlər vaxtı açıqladı
2024-cü ilin fevralında “Geology” jurnalı alman və portuqal geoloqların Atlantik okeanının tədricən yoxa çıxması barədə xəbərdar edən məqaləsini dərc edib. BAK...