Çinin balıqçı gəmisi Hind okeanında batdı: Çox sayda itkin var

Çinin balıqçı gəmisi Hind okeanında batdı: Çox sayda itkin var
Siyasət 131

Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb, 39 ekipaj üzvü ilə əlaqə itib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub.

Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.

Son xəbərlər