Türkiyədə gəmi batdı - İtkin düşənlər var - FOTO

Türkiyədə gəmi batdı - İtkin düşənlər var - FOTO
Foto
Siyasət 117

Türkiyədə, Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən 5-i xilas edilib. 9 nəfərin axtarışları isə davam edir.

Məlumata görə, İskəndərundan Ukraynanın İzmail limanına getmək üzrə olan Qvineya bayraqlı ticarət gəmisinin batmaq üzrə olduğu məlumatı alınıb. Daha sonra bölgəyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib.

Ekipaj üzvlərindən 14-nün Suriya vətəndaşı olduğu və hadisə ilə bağlı Kumluca Baş Prokurorluğu tərəfindən araşdırma başladığı bildirilib.

Son xəbərlər