Rusiyada gəmi batdı, 17 nəfər axtarılır - VİDEO

Rusiyada gəmi batdı, 17 nəfər axtarılır - VİDEO
Video
Siyasət 204

Rusiyanın şimalındakı Barens dənizində gəmi batıb.

BAKU.WS xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində göyərtədəki 17 nəfər itkin düşüb, 1 nəfər həlak olub.

Qeyd olunub ki, Arxangelsk vilayətindəki Yeni Torpaq arxipelağı yaxınlığındakı “Onega” gəmisi batıb. 19 ekipaj üzvündən 2 nəfər xilas edilib və birinin meyiti tapılıb.

Gəmi heyətindən 17 nəfərin axtarışı davam etdirilir. İlkin məlumata görə, gəminin batmasına buz layı səbəb olub. Faktla bağlı istintaq başladılıb.

Son xəbərlər