Çinin müvəqqəti işlər vəkili koronavirusdan yazdı
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq “Epidemiyadan sonra bahar gələcək” sərlövhəli məqalə hazırlayıb.
BAKU.WS məqaləni təqdim edir:
Heç hiss etmədən, bu artıq mənim Bakıda keçirdiyim beşinci qışdır. Ürəyimin dərinliyində olan bu şəhər çoxdan mənim ikinci vətənim olaraq qəbul edilmiş, hər bir otu və hər bir ağacı mənə çox əziz və şirindir. Hər keçən gün şəhərin görünüşünün dəyişməsi məni çox sevindirir. Ancaq mənim qəlbimə daha çox təsir edən şey, minlərlə kilometr uzaqlıqda olan vətən torpağını viran qoyan bir fəlakətdir – Yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyası vəziyyəti. O, nəinki Çinin sərhədləri daxilinə, hətta Çin hüdudlarından kənara da yayıldı. Bütün dünyanın yaxından diqqət etməsinə səbəb oldu.
Epidemiya vəziyyətinin başlamasından bəri, Çin Xalq Respublikasının Sədri Si Cinpin çox əhəmiyyətli təlimatlar verərək Xalqın həyat təhlükəsizliyini və sağlamlığını təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq üçün dəfələrlə vacib göstərişlər vermişdir. Çinin bütün bölgələrinin hər səviyyədə olan hökumətləri insanların həyatına yüksək əhəmiyyət verir və viruslarla mübarizə üçün bütün mümkün tədbirləri görür. Epidemiya bir əmrdir, qarşısının alınması və nəzarət isə bir məsuliyyətdir. Zamanla yarış və koronavirusla mübarizə başladı. Çin xalqı səfərbərlik elan edərək Xəstələrin müalicəsi və şəhərlərin həyati fəaliyyətini təmin etmək üçün hər yerdə yaşıl, sürətli və təcili dəhlizlər açmışdır. Xalq arasında olan epidemiyanın qarşısının alınması elmi şəkildə həyata keçirilmişdir. Çin hökuməti daxili infeksiyaya qarşı daxili mübarizəyə sadiqdir və xaricə yayılmaması üçün açıq, şəffaf və yüksək məsuliyyətli bir şəkildə müvafiq beynəlxalq əməkdaşlığı həyata keçirir. Bu, nəinki bir elmi epidemiyanın qarşısının alınması strategiyasıdır, eyni zamanda böyük bir ölkənin məsuliyyətidir.
Yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyasının “Beynəlxalq narahatlıq verən ictimai fövqəladə vəziyyəti” olduğu bəyan etdi. Bir daha bütün dünyanın diqqətli olması xəbərini verdi. Tedros bildirdi ki, bu kimi qərarlar ÜST-ün müntəzəm təcrübəsidir, hansı ki sübutlara əsaslanan elmi və rasional reaksiya əldə etmək, digər ölkələrə elmi və müvafiq epidemiyanın qarşısının alınması üçün profilaktik tədbirlərini görməyə kömək etmək üçün qlobal sağlamlıq təhlükəsizliyindən istifadə etmək zəruri bir addımdır. Lakin bu, Çinə qarşı etimadsızlığa yönəlməmişdir. O, cənab Sədr Si Cinpinin şəxsi nəzarətini, epidemiyanın qarşısının alınması, nəzarət işlərinin aparılmasını və Çinin buna qarşı sürətli şəkildə hərəkətə keçməsini yüksək qiymətləndirdi. Müvafiq təcrübənin digər ölkələr tərəfindən öyrənməyə dəyər olduğunu bildirdi. Çin tərəfindən görülən bir çox epidemiyanın qarşısının alınması və nəzarət tədbirləri fövqəladə hallara cavab vermək üçün ÜST-nin müvafiq tələbləri üstələdiyini vurğuladı. Eyni zamanda Çinin epidemiyaya nəzarət etmək üçün inamının və qabiliyyətinin olduğunu və sonda epidemiyanı məğlub edəcəyinə inandığını bildirdi. Hətta ÜST-ün Çinə səyahət və ya ticarət qadağalarını dəstəkləmədiyini, hətta qarşı olduğunu da vurğuladı.
Ancaq eyni zamanda epidemiyanın inkişafı çaxnaşmanın yayılmasına səbəb olur. Üstəlik, gizli niyyəti olan bəzi ölkələr epidemiya təhlükəsini şişirdir, Çin ilə uçuşları dayandırır, sərhədlərini Çin vətəndaşlarına bağlayır və hətta çinlilərə qarşı ayrı-seçkilik yaradır. Bu cür hadisələr davamlı olaraq bir-birini izləyir və bu sərt qışa bir az da soyuq əlavə olunur. Xüsusilə, ÜST-ün erkən xəbərdarlığını bəzi ölkələr və media Çinə qarşı silah kimi istifadə edib, şayiə və təhqir üçün mümkün olan hər şeyi edir, səbəbsiz çaxnaşma yaradır, şayiələr və yalanlar üzərində elmi mühakimələr yürüdülür, epidemiya olmayan ərazilərdəki insanları bir-biri ilə, xüsusən də çinlilərlə görüşəndə nəfəslərini tutmağa məcbur edirlər.
Hamı kimi mən də epidemiyanın inkişafından narahatam; epidemiyanın insanların sağlamlığını və həyatını təhdid etdiyini görmək istəmirəm, insanlar arasında normal ünsiyyətə mane olmağını istəmirəm, Çinin dünyanın digər ölkələri ilə yaxın və mehriban mübadiləsinin durğunlaşmasını istəmirəm, texnologiya inkişaf etdikcə qlobal dünyada inamsızlığın, dostsuzluğun və qərəzin artmasını istəmirəm.
Çində belə bir deyim var, “Əsl dost dar gündə tanınar”. Çin millətinin sıxıntı içində olduğu bir zamanda biz düşmənlərimizi və dostlarımızı daha yaxşı ayırd edə bilərik, yanımızda döyüşən və birlikdə çətinlikləri dəf edən dostlarımızın dəyərini qiymətləndirə bilərik. Fevralın 1-də cənab Prezident İlham Əliyev şəxsən baş vermiş epidemiya ilə əlaqədar cənab Sədr Si Cinpinə məktub göndərdi. O, Çin hökumətinin epidemiyanın yayılması və insan tələfatların qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri və Çin xalqının epidemiyaya qarşı inadla mübarizədə göstərdiyi qətiyyətini yüksək qiymətləndirib. Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu və qonşu Çinə müvəqqəti çətin günlərdə hər cür köməyi göstərməyə hazır olduğu vurğulayıb. Azərbaycan cəmiyyətin bütün sahələrindən olan qayğı, hörmət, eyni zamanda maddi yardım bu qış gününə istilik gətirir və biz bunun üçün sizə səmimi təşəkkürümüzü bildirmək istəyirik.
Burada vurğulamaq istərdim ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (CPC) əsası olan cənab Sədr Si Cinpinin rəhbərliyi altında Çinin sosialist sisteminin üstünlüklərinə etibar edərək Yoluxucu xəstəliklərin qarşısının alınması və idarəetmə sistemini daim inkişaf etdirmək, eləcə də ictimai sanitariya-gigiyena hadisələrinə reaksiya vermək üçün toplanmış praktik təcrübəni daim təkmilləşdirərək son 70 ildə Yeni Çində toplanmış güclü texnologiya və maddi təmələ əsaslanaraq və eyni zamanda cənab Prezident İlham Əliyevin, bütün Azərbaycan xalqının və digər dost ölkələrin dəstəyi və köməyi ilə Çin xalqı qətiyyətli, inamlı şəkildə epidemiyanın qarşısının alınmasına və nəzarət döyüşündə qalib gəlməyə qadirdir. Bununla da Çin epidemiya ilə mübarizədə insan cəmiyyətinə yeni töhfələr veriləcəkdir.
İsti günəş fevral ayında görünür və bahar yaxınlaşır. Əziz dostlar, inanın, Epidemiya bitəcək və həyat yenidən parlaq olacaq. Çin ilə Azərbaycan arasındakı ənənəvi dostluq və yüksək qarşılıqlı etimad günü-gündən möhkəmlənir. Bir aydan sonra Azərbaycan xalqı ənənəvi Novruz bayramını qarşılayacaq. Fürsətdən istifadə edərək Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfiri adından qardaş Azərbaycan xalqına xoş bir bayram diləyirəm və dünyada bütün sülhü sevən insanlara xoşbəxt və sağlam həyat arzulayıram!
Oxşar xəbərlər
Çin koronavirusa görə ABŞ-ı ittiham edib
Çin ABŞ-ı əsassız yerə təşviş yaratmaqda ittiham edib. BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçi...