“Titanik”i görməyə gedən britaniyalı milyarder okeanda itdi

“Titanik”i görməyə gedən britaniyalı milyarder okeanda itdi
Siyasət 241

Britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinqin Atlantik okeanında itən kiçik sualtı qayığın göyərtəsində olması ailəsi tərəfindən təsdiqlənib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Titanikin qalıqlarına ekskursiya təşkil edən itmiş sualtı qayığın sahibi “OceanGate Expeditions” şirkətinin baş direktoru Stokton Raşın da göyərtədə olduğu iddia edilir.

Məlumata görə, Boston Sahil Mühafizəsi qrupları turistik məqsədlər üçün istifadə edilən sualtı qayığın Atlantik okeanında itdiyini açıqlayıb. Ekipajlar itən sualtı qayığın tapılması üçün işə başlayıb. Hazırda Atlantik okeanında itən kiçik sualtı qayığın axtarışları davam edir.

Məlumat üçün deyək ki, Əfsanəvi Titanikin qalıqlarını görmək üçün təşkil edilən 8 günlük tur zamanı “Titanik"in dağıntıları arasından dalış və çıxmaq təxminən 8 saat çəkir.

Son xəbərlər