Banqladeş enerji sektoruna Çin sərmayəsinin cəlb olunacağına ümid edir
Banqladeş Xalq Respublikası energetika sektorunun inkişafı üçün növbəti beş il ərzində 30 milyard dollar cəlb etmək məqsədilə bu sahədə Çinin iştirakını artırmaqda maraqlıdır.
“Report” xəbər verir ki, bu barədə Banqladeşin energetika və mineral ehtiyatlar üzrə dövlət naziri Nəsrul Həmid Çinin adıçəkilən ölkədəki səfiri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Biz Çinin daha böyük rol oynamasını səbirsizliklə gözləyirik. Banqladeşin elektrik enerjisi sektorunun növbəti beş il ərzində 30 milyard dollar investisiyaya ehtiyacı var”, - “Daily Star” nəşri nazirin sözlərindən sitat gətirib.
Qəzetin yazdığına görə, görüş zamanı potensial investisiya sahələri, o cümlədən litium akkumulyator, yarımkeçirici və elektromobil istehsalı müəssisələrinin yaradılması, həmçinin günəş və külək enerjisi layihələri, tullantıdan enerjiyə çevrilən həllər və qaz hasilatı müzakirə edilib.
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...