Boliviyada maraqlar toqquşması - İnqilabın əsl səbəbi nə idi? - DƏHŞƏTLİ FAKTLAR
Boliviyada Prezident Evo Moralesin istefası ilə nəticələnən hadisələri inqilab və demokratik mübarizə kimi adlandırırlar.
BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, əslində isə hadisələri arxasında başqa səbəblər dayandığı ortaya çıxıb.
Belə ki, hadisələrin baş verməsinin arxasında “gələcəyin nefti” olaraq adlandırılan LİTİUM uğrunda mübarizə olduğu iddia edilir. Boliviyanın dünya litium rezervlərinin 60 faizinə sahib olması bu iddianı gücləndirən əsəs faktlardan biridir.
Lakin, məsələ o qədər də bəsit deyil.
Bəli, litium hazırda elektrikli avtomobillərdə, mobil telefonlarda, dronlarda, tabletlərdə, notbuklarda bvə bir çox sahələrdə geniş istifadə edilir. Amma mövcud “li-on” batareyalar elektromobillərin tutumunu qaldırmağa və hər gün inkişaf edən smartfon və dronların texnologiyasına ayaq uydurmaqda da çətinlik çəkir. Bu səbəbdən elm adamları maye haldakı bu batareyaları qatılaşdırmaq üçün uzun müddətdir çalışırlar. Artıq bu istiqamətdə müəyyən irəliləyiş də əldə olunub. Buna görə də qatı litium batareyalarının yaxın gələcəkdə həyata keçiriləcək bir yenilik olacağı ehtimal edilir. Bu baş verərsə, mövcud batareayaların ömrü 100 dəfəyədək uzanacaq. Yəni, litium yaxın gələcəkdə ən az neft qədər dəyərli bir enerji olacaq.
Bu bir həqiqətdir ki, neftin olduğu hər yerdə müharibələr, çaxnaşmalar, inqilablar, terror aktları olar. Çox qəribədir ki, həmin yerlərdə ABŞ da ortaya çıxır. Artıq neftin öz yerini litiuma buraxmağa hazırlaşdığı bir zamanda Boliviyada da bənzər hadisələrin baş verməsi heç də təəccüblü görünmür.
Bu iddianı dəstəkləyən bir neçə faktı qeyd edək. Dünyanın ən “li-on” batareyalarını istehsal edən şirkətlərin adlarına baxdıqda təsvir etdiyimiz mənzərə biraz daha dəqiqləşir. İlk pillədə Cənubi Koreyanın “LG Chem” şirkəti dayanır. Amma onların əsas müştəriləri “Volkswagen”, “General Motors”, “Ford”, “Volvo”, “Renault”, “Nissan”, “Hyundai” və “Kia” şirkətləridir. Boliviyada qarışıqlıq başlayan kimi “LG Chem” birjada hissə dəyərləri 320 minə qədər yüksəlib.
Bundan başqa, “Tesla”nın da hissə dəyərləri 250 dollardan 350 dollara yüksəlib.
Bu şirkətlər içində bir də istisna var. Bu da Çinin BYD şirkətidir. Belə ki, BYD-nin dəyəri 74 yuandan 40 yuana enib. Yəni, əsas ziyan Çinə vurulub.
Bu məqamda başqa bir fakta nəzər yetirək. Asiya ilə yanaşı Avropa və Afrika bazarlarını da hörümçək toru kimi əlinə keçirmək istəyən Çin ABŞ-ı Kəmər Yolu Layihəsindən kənarda tutmaq istəyirdi. Bununla bağlı çox nəhəng addım da atılmışdı. Belə ki, bu ili fevralında Çin və Boliviya arasında imzalanan müqavilə əsasında 10 milyon litium rezervi olduğu ehtimal edilən “Uyuni” duz mədəni Çinin TBEA şirkətinə verilib.
İndi isə Boliviyada müvəqqəti hökumətin başına keçən Ceanin Anezin həmin müqaviləni təxirə salacağı gözlənilir.
Qısacası, Boliviyadakı prosesləri bu tərəfdən baxmaqda da fayda var.
Fərid ƏDALƏT
Oxşar xəbərlər
Xorvatiyanın sabiq prezidenti: "Avropa bacarmadı, amma İlham Əliyevdə alındı"
Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç razılaşır ki, Avropa İttifaqı hazırda çoxlu problem yaşayır, amma o, Aİ-nin SSRİ və Yuqoslaviya Sosialist Federativ R...