Bolqarıstanın baş naziri istefa verəcək
18
fev
2024
22:05
Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa verəcəyini təsdiqləyib.
Bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.
"Martın 6-da istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq", - hökumət başçısı bildirib.
Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.
Oxşar xəbərlər
Baş nazir: “Bolqarıstanın yeni hökuməti martın 6-dək formalaşmalıdır”
Bolqarıstanın Baş naziri Nikolay Denkov bildirib ki, ölkənin hazırkı hökuməti martın 6-da istefa verəcək və o vaxta qədər yeni hökumət artıq formalaşmalıdır. “R...