Bolqarıstan Avstriya ilə Şengen mövzusunda razılığa gəlib
Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması üçün Avstriya ilə prinsipial razılıq əldə olunub.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Nikolay Denkov bildirib.
“Çətin danışıqlardan sonra iki ölkə Şengen zonasına qoşulmaq üçün Avstriya ilə prinsipial razılığa gəliblər”, - siyasətçi bildirib.
Qeyd olunub ki, birinci mərhələdə iki ölkə üçün Şengen razılaşması yalnız hava və dəniz sərhədləri üçün keçərli olacaq.
N.Denkov vurğulayıb ki, Avstriya Bolqarıstan və Rumıniyanın quru sərhədlərində yoxlamaların ləğvi ilə Şengen zonasına tam daxil olması ilə bağlı danışıqları davam etdirməyə söz verib.
Oxşar xəbərlər
Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro...