Baş nazir: “Bolqarıstanın yeni hökuməti martın 6-dək formalaşmalıdır”
22
yan
2024
20:49
Bolqarıstanın Baş naziri Nikolay Denkov bildirib ki, ölkənin hazırkı hökuməti martın 6-da istefa verəcək və o vaxta qədər yeni hökumət artıq formalaşmalıdır.
“Report” xəbər verir ki, bu barədə TASS Bolqarıstan Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
“Mənim niyyətim martın 6-da hazırkı hökumətin istefa verdiyi zaman yeni Nazirlər Kabinetinin hazır olmasını təmin etməkdir”, - o bildirib.
Qeyd edək ki, Nikolay Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib və o, martda vəzifəsini Mariya Qabrielə təhvil verməlidir.
Oxşar xəbərlər
Bolqarıstan Avstriya ilə Şengen mövzusunda razılığa gəlib
Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması üçün Avstriya ilə prinsipial razılıq əldə olunub. “Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Baş n...