SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Hande Erçel uzun müddətdir eşq yaşadığı iş adamı sevgilisi Hakan Sabancının ad gününə dəvət edilməyib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakan doğum günü tortunu əvvəl anası Arzu Sabancı və atası Ömer Sabancı ilə kəsib.

Daha sonra sabancılar ailəsinin gəlini Nazlı Sabancı Hakan üçün sürpriz ad günü tortu hazırlatdırıb.

Hakan qardaşı və onun həyat yoldaşı ilə bu tortu da kəsərək ikinci dəfə ad gününü qeyd edib.

33 yaşına girən Hakanın doğum günü partisinə sadəcə sevgilisi Hande Erçel dəvət edilməyib.

Bu məqam sosial şəbəkələrdə və reytinqli "Söylemezsem Olmaz" verilişində müzakirə mövzusuna çevrilib.

Bunun əvəzinə isə Hande Erçel şəxsi instaqram hesabında sevgilisi ilə birlikdə lentə alınan fotolarını ard-arda izləyiciləri ilə bölüşüb. 

BAKU.WS
QALEREYA