Hande Erçel sevgilisi Hakan Sabancının ad gününə dəvət edilmədi - FOTO

Aktrisa Hande Erçel uzun müddətdir eşq yaşadığı iş adamı sevgilisi Hakan Sabancının ad gününə dəvət edilməyib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakan doğum günü tortunu əvvəl anası Arzu Sabancı və atası Ömer Sabancı ilə kəsib.
Daha sonra sabancılar ailəsinin gəlini Nazlı Sabancı Hakan üçün sürpriz ad günü tortu hazırlatdırıb.
Hakan qardaşı və onun həyat yoldaşı ilə bu tortu da kəsərək ikinci dəfə ad gününü qeyd edib.
33 yaşına girən Hakanın doğum günü partisinə sadəcə sevgilisi Hande Erçel dəvət edilməyib.
Bu məqam sosial şəbəkələrdə və reytinqli "Söylemezsem Olmaz" verilişində müzakirə mövzusuna çevrilib.
Bunun əvəzinə isə Hande Erçel şəxsi instaqram hesabında sevgilisi ilə birlikdə lentə alınan fotolarını ard-arda izləyiciləri ilə bölüşüb.
Qalereya
Oxşar xəbərlər
Evlənəcəyi deyilən Hande Erçel bu addımı ilə təəccübləndirdi - FOTO
Aktrisa Hande Erçel universitetdə yarımçıq qoyduğu Ali təhsilini davam etdirmək qərarına gəlib. BAKU.WS xəbər verir ki, aktrisa bu məqsədlə "Mimar Sinan Güzel...
