İş adamı Ali Sabancı həyat yoldaşı ilə ağır qəzaya düşdü: Birinin vəziyyəti ağırdır - FOTO

İş adamı Ali Sabancı həyat yoldaşı ilə ağır qəzaya düşdü: Birinin vəziyyəti ağırdır - FOTO
Foto
Siyasət 3

Yunanıstanın Leros adasında dincələn türkiyəli iş adamı Ali Sabancı və həyat yoldaşı Vuslat Doğan Sabancı qəzaya düşüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, sahilə getmək üçün qayığa minən cütlük qayalara çırpılıb.

Sabancıları təsadüfən yoldan keçən qayıqdakı insanlar görüb. Xilas edilən cütlük adadakı xəstəxanaya aparılıb.

Ali Sabancı və həyat yoldaşı Vüslat Doğan Sabancı daha sonra Bodrumdakı özəl xəstəxanalardan birinə köçürülüb.

Burada edilən müdaxilədən sonra ağır yaralı olduğu bilinən Ali Sabancı təyyarə ilə İstanbula gətirilərək özəl xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin stabil olduğu, dalağının çıxarıldığı və qəza əsnasında üzündən ağır zərbələr aldığı bildirilir.

İlkin məlumata görə, başından zədələnən Vuslat Doğan Sabancının həyati təhlükəsi yoxdur.

Qəza zamanı qayıqda cütlüyün övladları Kaan və Emrecan Sabancının da olduğu, hər ikisinin sağlamlıq vəziyyətinin yaxşı olduğu da məlumatlar arasındadır.

Hadisə baş verməzdən bir az əvvəl Kaan və Emrecanın dənizə atılaraq sağ-salamat xilas olduqları iddia edilir.

Son xəbərlər