Süleyman "Titanik"in qəzaya uğradığı yerə atasını sevindirmək üçün getmişdi...

Süleyman Titanikin qəzaya uğradığı yerə atasını sevindirmək üçün getmişdi...
Siyasət 283

"Titanik"in qəzaya uğradığı yerə gedərkən itən "Titan" adlı sualtı qayıqda ekipaj üzvlərindən 19 yaşlı Süleymanın səfərə qatılma səbəbi ilə bağlı detal ortaya çıxıb.

BAKU.WS "Ensonhaber"ə istindən xəbər verir ki, bileti 250 min dollar olan bu səyahətin ən gənc qurbanı olan Süleyman atasını sevindirmək üçün səyahətə razılıq verib.

Belə ki, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davudun oğlu 19 yaşlı oğlu Süleymanın bu səyahətə hazır olmadığı, lakin səyahət Atalar Gününə təsadüf etdiyindən atasını sevindirmək üçün razılaşdığı bildirilib.

Onun qohumlarından birinin sözlərinə görə, Şahzadə Davud 1912-ci ildə batan gəminin qalıqlarını görməyə həvəsli olsa da, oğlu bu səyahət üçün özünü hazır hiss etməyib.

Xatırladaq ki, "Titan" adlı sualtı qayıqda ekipajın bütün üzvlərinin həlak olduğu məlum olub.

Sualtı qayıqda partlayışın baş verdiyi bildirilir. Qayığın axtarışlarına isə iyunun 19-u başlanılmışdı.

Son xəbərlər