Evlənəcəklərini belə təsdiq etdilər - FOTO

Məşhur cütlük Pınar Dənizlə sevgilisi Kaan Yıldırım yaxın zamanda ailə quracaqlar.
BAKU.WS xəbər verir ki, "Yargı" serialının məşhur aktrisanın ötən gün yayılan fotosu xeyli səs-küyə səbəb olub.
Belə ki, Pınarın ağlayan zaman çəkilən şəkili Kaanın ona evlilik təklifi etdiyi iddialarının yayılmasına səbəb olub. Daha sonra Kaan bu barədə sosial şəbəkə hesabında əlində üzük olan fotonu paylaşaraq "Sənin mənə nəsib olman şəxsi həyatımın ən əvəzolunmaz tərəfidir" sözlərini yazıb.
Bununla da cütlük, haqqında yayılan evlilik xəbərlərini təsdiq edib.
Məlumat üçün bildirək ki, Pınarla Kaan uzun müddətdir eşq yaşayır.

Oxşar xəbərlər
“Yasak Elma” və “Yargı”nın məşhur aktyorları EVLƏNDİLƏR - FOTO/VİDEO
"Yasak Elma" serialının sevilən aktrisası Eda Ece ailə həyatı qurub. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa 4 ildir sevgili olduğu türk milli...
