Evlənəcəyi deyilən Hande Erçel bu addımı ilə təəccübləndirdi - FOTO

Aktrisa Hande Erçel universitetdə yarımçıq qoyduğu Ali təhsilini davam etdirmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, aktrisa bu məqsədlə "Mimar Sinan Güzel Sanatlar" universitetinin "Güzel Sanatlar" fakültəsinə qeydiyyat etdirib. Onun bu addımı sevənlərini təəccübləndirib və iş adamı Hakan Sabancı ilə evlənəcəyi xəbərlərini alt-üst edib. Artıq aktrisa karyerası ilə yanaşı, təhsili də məşğul olacaq.
Handenin son zamanlar rəsm qalereyalarına gedərək nümayiş olunan eksponatlarla da maraqlandığı bildirilib.
Qeyd edək ki, Hande Erçel Hakan Sabancı ilə bir ildir ki, sevgilidir.

Oxşar xəbərlər
Hande Erçeldən ŞOK QƏRAR - Karyerasını bitirir - FOTO
Türkiyə mətbuatında məşhur aktrisa Hande Erçelin karyerasını bitirməsi ilə bağlı xəbərlər yayılıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə...
