SİZİN REKLAM BURADA!
055 213 76 73


14 fevral "Sevgililər Günü"ndə sevgilinizlə romantik bir axşam keçirən zaman film seçimində qərarsız qala bilərsiniz. Bu səbəbdən "Sevgililər Günü"ndə izləniləcək 7 filmin adı açıqlanıb. Bunlar arasında ən məşhuru 1997-ci ildə ekranlaşdırılan "Titanik" filmidir.

BAKU.WS xarici KİV-ə istinadən sözügedən filmlərin adlarını təqdim edir:

"Titanik" filmi

Baş rollarında Leonardo Di Kaprio və Keyt Uinsletin çəkildiyi "Titanik" filmində batan gəmidə tanış olun, eşq yaşayan iki fərqli təbəqəyə malik gəncin hekayəsindən bəhs edilir.

"Annie Hall" filmi

Rejissor Vudi Allen imzalı "Annie Hall"un senarisində Nyu Yorkda yaşayan komediyaçı Alvinla müğənni Annie Hollun yaşadığı eşq macərası yer alıb.

"La La Land" filmi

Bu ekran işində Los Anceles küçələrində tıxacda yolları kəsişən Sebastian və Mianın sevgi hekayəsindən danışılır. Filmin rejissoru Demen Şazelldir.

"500 Days Of Summer" filmi

Ekran işində sevgiyə inanmayan Summer və ona dəlicəsinə aşiq Tomun məhəbbət macərasından bəhs edilir.

"The Note Book" filmi

Aktrisa Reyçl Makadams və Rayan Qoslinqin baş rollarını paylaşdığı film, həyatda heç bir əngəl tanımayan eşq hekayəsindən bəhs edir.

"Love Actually" filmi

Emma Tompson, Alan Rikman, Kira Naytli, Kolin Fört, Bill Nayi, Hyu Qrant, Çivetel Eciofor, Endryu Linkolin, Liam Nison kimi məşhurların yer aldığı ekran işində fərqli şəxslərin fərqli məhəbbət macəralarından bəhs olunur.

"Ghost" filmi

Baş rollarını Patrik Sueyzi və Demi Murun paylaşdığı filmdə bir-birinə aşiq Sem və Mollidən bəhs olunur. Oğurluq zamanı Semin öldürülməsi ilə onlar ayrı düşür. 

BAKU.WS