Cefri Epşteynin seks skandalından sonra aktyorun bu çıxışı gündəm oldu - VİDEO
ABŞ-də uşaqlara qarşı cinsi zorakılıq edən və 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında intihar etdiyi deyilən milyonçu Cefri Epşteyn aid dəlil və sübutlar ictimaiyyətə təqdim edilib. Sözügedən sənədlərdə bir çox məşhurun adı hallanır. Bu səbəbdən həmin vaxt baş verənlər yenidən dünya mətbuatında gündəmə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Cefri Epşteynlə bağlı skandal gündəmdə öz yerini tutduğu bir vaxtda komediyaçı Riki Cerveysin 2020-ci il "Qızıl qlobus" mükafatlarının təqdimetmə mərasimindəki çıxışı yenidən sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi.
Cerveys nitqi zamanı bu sözləri səsləndirib:
"Bu zalda dünyanın ən böyük film və serial istehsalçıları var. Onların isə sadəcə bir ortaq nöqtəsi var. Hamısı da Ronan Forroudan(Hollivudda təcavüz hadisələrini ortaya çıxaran jurnalist) qorxur. Mən sizin hamınızın adına danışıram pozğunlar. Bu il çox önəmli il idi. Pedofil filmləri üçün çox önəmli il idi. "Surviving R. Kelly", "Leaving Neverland", "Two Popes" vecimə də deyilsiniz. Bu şounu seyr etmək əvəzinə mənim "After Life" adlı serilaımı izləyə bilərsiniz. Ekran işinin süjet xəttində xərçəng xəstəsi olduğu üçün özünü öldürmək istəyən adamın həyat hekayəsindən bəhs edilir. Bütün bunlara baxmayaraq bu gün mükafatlandırma mərasimi daha da əyləncəlidir. Serialın ikinci mövsümü üçün qısa anons da verim: Adam özünü öldürmür. Eynilə Cefri Epşteyn kimi... Hamınız kəsin səsinizi... Hamınızın onun dostu olduğunu bilirəm. Amma bu adamın vecinə deyil. Riki
Cerveysin bu çıxışından sonra zalda əyləşən bütün məşhurlar istehzalı şəkildə gülümsəyiblər.
Qeyd edək ki, Epşteyn qalmaqalında adı hallanan məşhurlar arasında bir çox tanınmış adlar var.ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Britaniya kral ailəsinin şahzadəsi Endryu, məşhur illüziyaçı Devid Kopperfild, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və pop musiqisinin əfsanəsi Maykl Cekson kimi adlar qalmaqalın mərkəzində olub.
ABŞ-nin bölgə hakimi Loretta Preskanın qərarı ilə təxminən 200 nəfərin adı açıqlanıb və bu şəxslərin arasında Keyt Blanşett, Naomi Kempbell və Leonardo Di Kaprio kimi adların olduğu iddia edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...