SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Ərzincan bölgəsində baş vermiş mədən sürüşməsi ilə əlaqədar aralarında sahə müdiri olmaqla, 4 nəfər saxlanılıb. 

Bu barədə "TRT Haber" məlumat yayıb. 

Hazırda mədəndə baş verən sürüşmə ilə əlaqədar axtarış-xilasetmə işləri davam edir. 

Qeyd edək ki, "Anagold" şirkətinin 2010-cu ilin dekabr ayından qızıl hasil etdiyi Çöplər mədən sahəsində çıxarılan və yığılan torpaq dünən yerini dəyişib. Təxminən 10 milyon kubmetr torpaq saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb.

İlkin məlumatlara görə, 9 işçi torpağın altında qalıb.

BAKU.WS