Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: Betərin də betəri olurmu? - FOTO
Siyasət 179

Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a çatıb.

BAKU.WS xəbər verir ki, türkiyəli məşhurlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar ediblər. Onlar vəfat edən mədən işçilərinə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyiblər.

BAKU.WS türkiyəli tanınmışların sözügedən paylaşımlarının təqdim edir:

Meqastar Tarkan

Çox üzülürəm. Bartındakı mədən partlayışında həyatını itirən işçilərə Allahdan rəhmət diləyirəm. Yaxınlarına başsağlığı verirən. Yaralılara isə təcili şəfa diləyirəm.

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Murat Boz

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Keşmiş olsun.

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Sibel Can

Bartında meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Başımız sağolsun.

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Ebru Gündeş

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılarımıza isə təcili şəfa diləyirəm. Dualarımız sizinlədir.

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Hadise

O mədəndə hər zaman qaranlığın və çətinliyin içində keçən həyatlar... Betərin də betəri olurmu? Olurmuş. Onların hekəyləri ən üzücü sonla bitdi. Atasının xilas olmasını "Mən bu dərdə dözə bilmərəm" deyərək gözləyən bir uşaq varkən, üsyan etməmək mümkündür? Allah səbir versin!

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Bengü

Bartında həyatını itirən qardaşlarıma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Ümid edirəm, daha itki vermərik.

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Hande Yener

Dualarımız oksigeniniz olsun!

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Mustafa Sandal

Bartında mədən partlayışı zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə təcili şəfa diləyirəm. Allah köməkləri olsun".

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Müğənni Alişan

Amarsada daşkömür mədənində meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Allahdan tez bir zamanda dağıntılar altında qalan mədənçilərimizin xilas olmasını niyaz edirəm. Dualarımız mədənçi qardaşlarımızladır. Keçmiş olsun, Bartın!

Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar:

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib. Dağıntılar altında ümumilikdə 87 nəfər olub.

Son xəbərlər