Türkiyədə daş kömür mədənindəki partlayışda ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB-2

Türkiyədə daş kömür mədənindəki partlayışda ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB-2
Siyasət 184

“Bartındakı hadisəni detallı şəkildə araşdıracaq, ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, müxtəlif nazirlərin partlayışla bağlı işləri davam edir.

Ədoğan, həmçinin həlak olan şəxslərin ailələrinə başsağlığı verib.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 40 nəfər ölüb.

***13.04

Türkiyənin Bartın vilayətində baş verən mədən qəzasında ölənlərin sayı 40-a yüksəlib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

Nazir hazırda axtarışların davam etdiyini vurğulayıb.

*** 09:08

Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib.

BAKU.WS-in haber global-a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində həlak olan işçilərin sayı 28-ə çatıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib.

Qeyd edək ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub.

Son xəbərlər