La Esperanza qızıl mədənində yanğın: 27 nəfər öldü
08
may
2023
13:06
Peruda qızıl mədənində yanğın baş verib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə La Esperanza qızıl mədənində olub.
Məlumata görə, yanğında 27 nəfər həyatını itirib.
Hadisədən sonra axtarış-xilasetmə işləri davam edir.
Əraziyə çox sayda polis və axtarış-xilasetmə qruplarının cəlb edildiyi və 100 metr dərinlikdə axtarış əməliyyatının aparıldığı bildirilib.
Qeyd edək ki, Peru Latın Amerikası ölkələri arasında ən böyük qızıl istehsalçılarından biri hesab olunur.
Oxşar xəbərlər
Peruda güclü sel 18 nəfərin həyatına son qoyub
Peruda "Yaku" siklonunun səbəb olduğu daşqınlar və leysan yağışları 18 nəfərin həyatına son qoyub. BAKU.WS tass-a istinadən xəbər verir ki, bu barədə "Agence Fr...