Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTO
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bu zəlzələlərin yalnız beşdə biri hiss olunur, təxminən 100-ü dağıntılara səbəb olur.
BAKU.WS dünyanın ən güclü zəlzələlərinin siyahısını təqdim edir:
Çili - 22 may 1960-cı il
22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ indiyə qədər ölçülən ən böyük zəlzələdir. Zəlzələnin gücü 9,5 olub. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit Okeanda sürətlə irəliləyərək ciddi can və mal itkisinə səbəb olub.
Alyaska - 28 mart 1964-cü il
28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub.
İndoneziya - 26 dekabr 2004-cü il
26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230.000 insanın ölümü ilə 21-ci əsrə damğasını vurub. 9,1-9,3 bal gücündə qeydə alınan üçüncü ən böyük zəlzələ idi. 8-10 dəqiqə arası davam edən zəlzələ indiyə qədər müşahidə olunan ən uzun müddətə malik olub və bütün planeti 1 sm hərəkət etdirib. Zəlzələnin mərkəzi Simeulue və Sumatra arasında idi.
Yaponiya - 11 mart 2011-ci il
2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqindəki Honsyu sahillərində qeydə alınan zəlzələ 24 km dərinlikdə, maqnitudası 9 bal gücündə olub. Bu zəlzələ Yaponiyanın indiyə qədər qeydə alınmış ən böyük zəlzələsidir və 1900-cü illərdən bəri dünyada qeydə alınan ən böyük beş zəlzələdən biridir. Yaponiya hökuməti təbii fəlakəti “Böyük Şərqi Yaponiya zəlzələsi” adlandırıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan sunami dalğaları baş verib. Sunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15900 nəfər həyatını itirib, 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Rusiya - 4 noyabr 1952-ci il
1952-ci il noyabrın 4-də Rusiyanın şərqində baş verən zəlzələnin gücü 9,0 bal gücündə olub. Zəlzələnin baş verdiyi Kamçatka bölgəsi Avstraliya, Asiya və Amerika qitələri arasında zəlzələ lövhələrinin yerləşdiyi və seysmik fəaliyyətlərin tez-tez yaşandığı “Sakit Okean Atəş Halqasının” şimal ucunda yerləşir. 1 milyon dollardan çox maddi ziyana səbəb olan zəlzələdə insan tələfatı olmayıb. 4 noyabr 1952-ci ildə Kamçatkada baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlərdən biridir.
Çili - 27 fevral 2010-cu il
27 fevral 2010-cu ildə Çilinin Konsepsion şəhəri yaxınlığında çox güclü zəlzələ baş verib. Amerika Geoloji Xidmətinin 8,3 bal olaraq açıqladığı zəlzələnin maqnitudasını əvvəlcə 8,5, sonra isə 8,8-ə yüksəldib. Zəlzələnin episentri paytaxt Santyaqodan 325 kilometr cənub-qərbdə, Konsepsion şəhərindən 115 kilometr aralıda yerləşib. Yerin 35 kilometr dərinliyində baş verən zəlzələ təxminən 1,5 dəqiqə davam edib. 2 milyon insana təsir edən zəlzələdə 500 min ev dağılıb və ya ciddi ziyan dəyib.
Ekvador - 31 yanvar 1906-cı il
1906-cı ildə Ekvador və Kolumbiyada baş verən 8,8 bal gücündə zəlzələ hər iki ölkədə mindən çox insanın ölümünə səbəb olub. Zəlzələdən sonra meydana gələn sunami okeanı keçərək Yaponiyaya çatıb.
Alyaska - 4 fevral 1965-ci il
1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi sunami nəticəsində baş verib.
Tibet - 15 avqust 1950-ci il
Assam zəlzələsi kimi tanınan bu zəlzələ 1950-ci ildə 8,6 bal gücündə baş verib. Çin, Tibet və Hindistanın bir çox şəhərləri 780 nəfərin həyatını itirdiyi bu təbii fəlakətdən zərər çəkib.
İndoneziya - 28 mart 2005-ci il
2004-cü ildə baş verən böyük zəlzələdən sonra 2005-ci ildə İndoneziyanın şimalındakı Sumatra adasında daha 8,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin yaratdığı nəhəng dalğalar Şri-Lankaya çatıb və 400-dən çox insan xəsarət alıb.
Oxşar xəbərlər
Ermənistanın region üçün qurduğu "saatlı bomba" - Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor...