Bu gecə bir çox ölkədə kabus yaşandı - VİDEO

Bu gecə bir çox ölkədə kabus yaşandı - VİDEO
Video
Siyasət 1994

Son günlər dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir.

BAKU.WS xəbər verir ki, ötən gecə də Türkiyə ilə yanaşı Albaniya, Kuba və İraqda yeraltı təkanlar olub.

Kubada baş verən zəlzələ 7,7 bal gücündə olub.

Ölkədə sunami təhlükəsi olduğu bildirilir. Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Albaniyanın paytaxtı Tiranada isə 5,5 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların fəsadları barədə informasiya yayılmayıb.

İran-İraq sərhədində də yeraltı təkanlar qeydə alınıb. Burada zəlzələnin gücü 5 bal olub.

Ötən gecə Türkiyənin müxtəlif ərazilərində də yeraltı təkanlar olub.

Muğla və Manisada qeydə alınan yeraltı təkanların gücü 5,4 və 4,6 bal olub. Sonradan isə bir neçə afterşoklar qeydə alınıb.

Zəlzələnin qorxusundan insanlar küçələrdə gecələyiblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Oxşar xəbərlər

Türkiyədə baş verən güclü zəlzələdən görüntülər - VİDEO

Türkiyədə baş verən güclü zəlzələdən görüntülər - VİDEO

Türkiyədə dünən axşam saatlarında bir neçə zəlzələ qeydə alınıb. BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, yeraltı təkanlar Muğla və Manisada olub. Yeraltı...

530 Siyasət 09:01 29 yanvar 2020

Son xəbərlər