Türkiyədə zəlzələ olub
05
yan
2020
10:44
Türkiyədə zəlzələ baş verib.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:11-də Egey dənizi sahillərində qeydə alınıb.
Zəlzələ 4,0 bal gücündə olub.
Zəlzələnin episentri Türkiyənin İzmir vilayətinin Urla rayonundan 21 kilometr məsafədə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, dünən axşam Türkiyənin Yalova vilayətində 3,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 20:13-də qeydə alınıb.
Zəlzələnin ocağı 10,7 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Pakistanda güclü zəlzələ olub
Pakistanda güclü zəlzələ olub.BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.6,7 bal gücündə olan yeraltı təkanlar Minqora şəhərindən 2...