İrandan daha bir həyəcanlı xəbər gəldi
08
yan
2020
10:51
Bu gün səhər saatlarında İranda nüvə stansiyasının yerləşdiyi ərazidə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Buşehr əyalətində, səhər saat 5 radələrində, yerin 10 km. dərinliyində qeydə alınıb.
Yeraltı təkanın gücü ocaqda 5 bala yaxın olub.
Zəlzələnin hiss edilmə gücü isə 4,7 bal olub.
Yeraltı təkanlar əhali tərəfindən təşvişlə qarşılanıb.
Hələlik dağıntı və insan ölümü barədə məlumat verilməyib.
Oxşar xəbərlər
İranda zəlzələ oldu
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Sənqan məntəqəsi yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. BAKU.WS trend-ə istinadən xəbər veri...