İranda zəlzələ oldu
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Sənqan məntəqəsi yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 13:14-də 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ baş verib.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:11-də Egey dənizi sahillərində qeydə alını...