Türkiyədə güclü zəlzələ baş verdi - 6 ev çökdü - VİDEO
Türkiyənin Manisa şəhərinin Akhisar bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, yeraltı təkanlar İzmir, İstanbul və Bursada da hiss edilib.
Güclü təkandan sonra 35 avterşok (təkrar zərbə) qeydə alınıb.
Akhisarda gecə yerli vaxtla saat 22.22-də qeydə alınan zəlzələ təxminən 6.98 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra vətəndaşlar evlərini tərk edib və küçələrə axışıb.
Yeraltı təkanlardan sonra açıqlama verən Manisa valisi Əhməd Dəniz heç bir insan tələfatı olmadığını söyləyib:
"5-6 evin çökdüyü barədə məlumat almışıq. Ancaq heç bir itki və yaralanan yoxdur".
Oxşar xəbərlər
Siyəzəndə zəlzələ olub
Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...