Ərzincanda qızıl mədənində sürüşməyə görə 4 nəfər saxlanıldı
14
fev
2024
15:04
Türkiyənin Ərzincan bölgəsində baş vermiş mədən sürüşməsi ilə əlaqədar aralarında sahə müdiri olmaqla, 4 nəfər saxlanılıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Hazırda mədəndə baş verən sürüşmə ilə əlaqədar axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, "Anagold" şirkətinin 2010-cu ilin dekabr ayından qızıl hasil etdiyi Çöplər mədən sahəsində çıxarılan və yığılan torpaq dünən yerini dəyişib. Təxminən 10 milyon kubmetr torpaq saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb.
İlkin məlumatlara görə, 9 işçi torpağın altında qalıb.
Oxşar xəbərlər
Türkiyədə qızıl mədənində torpaq çöküb - VİDEO
Türkiyədə qızıl mədənində qəza baş verib. BAKU.WS DHA-ya istinadən xəbər ki, Erzincanın İliç rayonunda qızıl mədənində torpaq sürüşməsi baş verib. Hadisədə can...