Makron qorxur: Ukraynaya səfərini təxirə saldı
11
fev
2024
17:07
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13 və 14-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
BAKU.WS xəbər verir ki, bu barədə mənbələrə istinadən "Challenges" məlumat yayıb.
Yelisey sarayının bu qərarı həm Fransanın dövlət qulluqçuları, həm də Ukrayna diplomatları tərəfindən çoxlu suallar doğurub.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Fransa Ukraynaya “Sezar” artilleriya sistemləri və mərmilər vermək niyyətindədir.
Oxşar xəbərlər
Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsri...