"Emmanuel Makron qırmızı xətti keçib, nə özü, nə də komandası beynəlxalq hüququ bilir" - RƏY
“Fransa prezidenti Emmanuel Makron bütün qırmızı xətləri keçib”.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.
Onun sözlərinə görə, Fransanın hazırkı xarici siyasət kursu beynəlxalq hüquqa uyğun deyil: “Fransa bir sıra beynəlxalq təşkilatların üzvüdür. Rəsmi Paris vaxtı ilə BMT-nin, Avropa İttifaqının formalaşmasında rol oynayıb. İndiyədək Fransanın bəzi liderləri də müəyyən qədər ermənipərəst mövqe sərgiləyiblər. Amma onlardan heç biri qırmızı cizgiləri keçməyib. Makron isə heç bir qırmızı xətt tanımır. Bu, onu göstərir ki, nə Fransa prezidentinin, nə də onun komandasının, o cümlədən xarici işlər naziri Ketrin Kolonnanın beynəlxalq hüquqdan anlayışı var”.
S.Məmmədli vurğulayıb ki, E.Makron həm də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir: “Fransa Rusiyanın Ukraynadakı müharibə nəticəsində xeyli zəiflədiyini başa düşür və bundan istifadə etməyə çalışır. Bundan başqa, Fransanın Türkiyə ilə münasibətləri yaxşı deyil. Ona görə də rəsmi Paris regionda öz oyununu oynamağa cəhd edir. Makron Qarabağla bağlı qeyri-adekvat bəyanatları ilə ölkəsindəki ermənilərin rəğbətini qazanmağa çalışır. Çünki Fransada kifayət qədər güclü erməni diasporu var. Ölkədə təxminən 600 min nəfər erməni yaşayır. Onların seçki prosesinə təsir imkanları var”.
Qeyd edək ki, Makron son müsahibələrinin birində Qarabağda qəbulolunmaz cinayətlərin və müharibə əməliyyatlarının baş verdiyini iddia edib. Faktları təhrif edərək riyakarcasına azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqlarının tamamilə pozulduğunu bildirib.
Oxşar xəbərlər
"Uber" - Makron sövdələşməsi - Fransa prezidentinin növbəti ifşası
ABŞ-ın “Uber” taksi şirkəti ilə Fransa prezidenti Emmanuel Makronun gizli sövdələşməsinə dair məlumatlar bu gün, demək olar ki, dünya mediasının əsas gündəmini...