Makron Fransanı İslam dinindən qorumaq planını açıqlayıb
Fransa Prezident Emmanuel Makron, Fransanın dünyəvi dəyərlərini "islamçı radikalizm"dən qorumaq üçün planını açıqlayıb.
"Əl-Cəzirə" nin məlumatına görə, Makron islam dininin "bütün dünyada böhran içində olduğunu" söyləyib. Bu isə müsəlman fəalların əks reaksiyasına səbəb olub.
Cümə günü çoxdan gözlənilən müraciətində, Makron, Fransada dinin təhsildən və dövlət sektorundan sıxışdırmaqla bağlı niyyətindən çəkinməyəcəyini bildirib.
"İslam bu gün bütün dünyada böhran içində olan dindir, bunu yalnız öz ölkəmizdə görmürük" deyə Fransa Prezidenti qeyd edib.
O, dekabr ayında Fransadakı kilsə ilə dövləti rəsmi olaraq bir-birindən ayıran 1905-ci il qanununun daha da gücləndirilməsinə dair yeni qanun layihəsini təqdim edəcəyini bildirib.
Makronun sözlərinə görə, tədbirlər Fransada artan "radikallaşma" problemini həll etmək və "birlikdə yaşamaq qabiliyyətini" inkişaf etdirmək məqsədi daşıyır.
"Dünyəvilik vahid Fransanın təməlidir" deyə bildirğn Makron bütün müsəlman inanclıları damğalamağın bir mənası olmadığını əlavə edib.
Makron bildirib ki, qanun, insanların seçdikləri hər hansı bir inanca mənsub olmalarına icazə verir, ancaq məktəblərdə və dövlət xidmətində dini mənsubiyyətin təzahürləri qadağan ediləcək.
Qeyd edək ki, Fransada məktəblərdə və dövlət idarələrində hicab qadağandır.
Makronun çıxışı isə sosial mediada mübahisələrə səbəb olub.
Fransız müsəlman fəal Yasser Louati "Tvitter" səhifəsində yazıb: “Müsəlmanlara qarşı repressiya təhlükəsi var idisə, indi bu artıq reallıqdır”.
Fransız akademik Rim-Sarah Alaoune isə "Tvitter"də yazıb: “Prezident Makron İslamı bu gün bütün dünyada böhran içində olan din kimi xarakterizə etdi. Nə deyəcəyimi də bilmirəm. Bu qeyd o qədər səfehcəsinədir (üzr istəyirəm) ki, başqa bir təhlilə ehtiyac yoxdur ... Narahat olduğumu gizlətməyəcəyəm. “Christchurch”də dəhşətli qırğını törədən terrorçu tərəfindən istifadə edilən ‘böyük əvəzetmə’ irqçi və ağ üstünlük nəzəriyyəsini ixrac edən ölkə olsaq da, ağ üstünlükdən bəhs edilmir. ”
Makron, həmçinin, Fransada məscidlərin maliyyələşdirilməsinə nəzarəti yaxşılaşdıraraq, ölkəsində İslamı xarici təsirlərdən “azad etmək” istədiyini iddia edib.
"Yalnız dini icmalara xidmət edən məktəb və birliklərin daha yaxından araşdırılması lazımdır" deyə Makron qeyd edib.
Oxşar xəbərlər
Fransa prezidenti Ayətullah Sistani ilə görüşəcək
Fransa prezidenti Emmanuel Makron İraqa rəsmi səfəri çərçivəsində ölkənin nüfuzlu din xadimi Ayətullah Əli Sistani ilə görüşəcək. BAKU.WS xəbər verir ki, bu bar...