Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsrin ortalarından başlayaraq müstəmləkə ərazilərini və onunla birlikdə siyasi nüfuzunu itirməyə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Birinci və İkinci Dünya müharibələrində uğursuzluqlar bu prosesə təkan verib. Müharibədən sonra Yelisey sarayı müstəmləkə bölgələrini əlində saxlamaq məqsədilə soyqırımlar törətdi. 1962-ci ildə Əlcəzairdə Oran qətliamında 3500-dək insan qətlə yetirilib, 453 nəfər isə “itkin” düşmüş sayılır. Bütövlükdə isə bu ölkədə milyon yarımdan çox insanı qətlə yetirib. 1994-cü ildə Ruanda da Fransa hərbçiləri və jandarmları 800 mindən çox dinc sakini soyqırımına məruz qoyublar. Bu siyahını Fransanın başqa ölkələrdə törətdikləri qətliamlarla da uzatmaq mümkündür. Bu ölkəni idarə edənlərin əli milyonlarla günahsız insanın qanına batıb. İndi də dünyanın siyasi səhnəsində aparıcı dövlət kimi qalmaq üçün çabalayır.
Prezident Emmanuel Makron ikinci dəfə dövlət başçısı seçiləndən sonra Fransa tarixinin ən faciəvi dövrünü yaşayır. “Sarı jiletlilər"in etiraz aksiyasından tutmuş müxtəlif səpkili etiraz aksiyaları onun yarıtmaz və iddialı islahat aparmaq siyasətinin törəməsidir. Yeliseyin yürütdüyü siyasət səbəbindən Fransa cəmiyyəti ksenofob ölkəni xatırladır. Ölkədə Afrika mənşəlilərinə qarşı irqi ayrı-seçkilik davam edir.
Fransada çıxan “Miniute” jurnalı ölkənin Afrika mənşəli ədliyyə naziri Kristian Tobirunun meymuna bənzədən karikaturasını yayıb. Bu ölkədə ultramühafizəkar qrupların mövcudluğu və fəaliyyət göstərməsi demokratiya deyil, ksenofobiyanın göstəricisidir.
Fransada məscidlərə hücumlar, hicablı xanımlara qarşı ayrı-seçkilik də davam edir. Emmanuel Makronun prezident olduğu ölkədə məktəbə hicabla gedən qızlardan onu çıxarmaq tələb edilir. Məhəmməd peyğəmbərin karikaturasının çapını demokratiya, söz azadlığı sayan rəsmi Paris məktəbli qızlara qarşı belə antiinsani hərəkət edir. Əgər bu demokratiyadırsa, o zaman insanlar şəxsi həyatında da sərbəstdir. Fransa konstitusiyasında hicabın qadağan edilməsinə dair maddə isə mövcud deyil.
Bu il iyulun 20-də Cənubi Afrika Respublikasında BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzv ölkələrin sammiti keçirilib. Tədbirə Fransa Prezidenti dəvət olunmayıb. Halbuki tədbirdə iştirak etməyə çox can atırdı. Lakin onu ora da layiq görməyiblər.
Makronla bağlı ölkə ictimaiyyətinin narazılığını əks etdirən bəzi fikirləri də bölüşmək istərdik: “Ah, Makron, bu “maliyyə Motsartı” ləqəbi ilə diplomatiyanın Eynşteyni... Bütün dahilər kimi o da həmişə səhv başa düşülür”..., “Titanik kimi Fransa da batır, amma Makronun musiqisi hələ də səslənir...”, “Fransa dünyadakı mövqeyini necə itirir. Çoxları üçün o, artıq dördüncü dünya ölkəsinə çevrilib”, “Makron uyğunsuzluqdan, analitik səhvlərdən və ziddiyyətlərdən əziyyət çəkir. Bunu daha sadə ifadə etmək olar: səriştəsizlik demək olar ki, bütün sahələrdə hiss olunur”, “Müflisləşmiş və ölmək üzrə olan bir ölkənin fonunda onun islaholunmaz iddialı təkəbbürünə və ibtidai siyasətinə daha üç il yarım dözmək... Ölümə qədər vergiyə məruz qalan fransızlara onsuz da yaxşı olardı”.
Nigerdən, Malidən qovulmaqla Afrikada mövqelərini itirən Fransa bütün bunların fonunda “boğulan saman çöpündən yapışdığı kimi”, Ermənistandan yapışıb.
O, Cənubi Qafqazın bu vecsiz, işğalçı ölkəsi ilə özünə regionda yer etməyə çalışır. Bununla yanaşı, ölkəsinin beynəlxalq arenada itməkdə olan nüfuzunu qorumağa səy göstərir. Makronun liderlik etdiyi Fransanın xilası Ermənistana və korrupsioner, çirkli pulları yumaqla ad çıxarmış erməni lobbisinə qalıb. Təkcə Avropa Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kaylila ilə erməni iş adamı sayılan Vartan Sirmarkes cütlüyünün cinayət əməlinin xatırlamaq yetərlidir. Fransa bu tip erməni milyonçuların hesabına beynəlxalq aləmdə nüfuzunu qorumağa və ya inkişaf etdirməyə çalışır.
Yaxın və Orta Şərq Fransadan mütərəqqi məsələləri də əxz edib. Təəssüfləndirici haldır ki, hazırda Emmanuel Makron dövlətini erməni lobbisinin və mafiyasının xidmətçisinə çevirib. Ermənistan isə ona saman çöpü belə olmayacaq.
Oxşar xəbərlər
Makronu aşağılayan sorğu: Fransızlar ona etibar etmir - ŞƏRH
Fransada keçirilən sorğunun nəticələri Prezident Emmanuel Makrona qarşı nifrət və etimadsızlığın pik həddə çatdığını üzə çıxarıb. BAKU.WS report-a istinadən xə...