SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi rok qrupu "The Beatles"ın çəkdiyi və imzası olan əsər 1,74 milyon dollara satılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əsər Nyu Yorkdakı “Christie's” hərrac evində auksiona çıxarılıb.

Onun 400-600 min dollar aralığında satılacağı ehtimal edilsə də, rəsm bu məbləğdən qat-qat yuxarı qiymətə alıcı tapıb.

Bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Abstrakt məna verən tablonun ilk sahibi Tetsusabro Shimoyama olub. O "The Beatles" pərəstişkarı olduğundan bu rəsmi əldə edib.

Daha sonra incəsənət nümunəsini 1980-cu ildə "Takao Nishino" adlı disk şirkətinə satıb. 2012-ci ildə isə bu əsəri "The Atlantic" adlı şirkət əldə edib.

BAKU.WS