Con Lennonun eynəyi 183 min dollara satıldı - FOTO
Məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı Con Lennonun sevimli eynəyi hərracda rekord qiymətə satılıb.
BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın cəngavər titulunun sahibinin eynəyini "Sotheby's" Hərrac Evində 137,5 min funt sterlinqə alıblar.
Məşhur eynəyi hərraca "Beatles" qrupunun təbilçisi Rinqo Starın keçmiş sürücüsü Alan Herrinq çıxarıb.
Qeyd edək ki, Con Lennon 1966-cı ildə "Mən müharibədə necə qalib gəldim" filminin çəkilişlərində məşhur eynəyi taxıb. Daha sonra eynək musiqiçinin sevimli aksessuarına çevrilib.
Məlumat üçün bildirək ki, Con Lennon Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir.
Oxşar xəbərlər
Saakaşvilinin Ağ Evə bənzəyən iqamətgahı satıldı
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, M...