Eynşteynə məxsus bu kağızlar rekord qiymətə satıldı
15
iyl
2023
16:45
Albert Eynşteynin hesablama apardığı kağızlar rekord qiymətə satılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, kağızlar 604 800 funta satılıb.
Məşhur fizikin qeydlərinin olduğu səhifələrin 80.000 funta satılacağı təxmin edilirdi. Təxmini rəqəmdən 80 dəfə çox alıcı tapan sənəd Christie's hərrac evi tərəfindən hərraca çıxarılıb.
Məşhur fizik Albert Eynşteyn 1936-cı ildə hesablamalarını 3 səhifəyə yazıb. Eynşteyn bu sənədlərdə qravitasiya obyektivinin diaqramını və 30-dan çox mürəkkəb hesablamaları qeyd edib.
Oxşar xəbərlər
Albert Eynşteyn haqqında maraqlı faktlar
Nobel mükafatı laureatı, Nisbilik Nəzəriyyəsinin müəllifi, məşhur fizik, görkəmli alim, Albert Eynşteyn həmişə öz ixtiraları və nəzəriyyələri ilə tanınsa da, di...