Maykl Cordanın 25 il əvvəl geyindiyi ayaqqabısı 4 milyon dollara satılacaq - FOTO
ABŞ-li basketbolçu, MBA-nın keçmiş oyunçusu Maykl Cordanın idman ayaqqabıları hərracda satılacaq.
BAKU.WS xəbər verir ki, idmançının 1998-ci ildə NBA-nın final maçında geyindiyi idman ayaqqabıları Nyu-Yorkda yerləşən Sotbis hərrac evində satışa çıxarılacaq.
Ayaqqabının 4 milyon dollara (6 milyon 800 min AZN) satılacağı gözlənilir. Hərrac aprelin 3-11-i tarixlərində onlayn şəkildə təşkil ediləcək.
Maykl Cordanın başqa bir ayaqqabısı isə 2021-ci ildə 1,47 milyon dolara satılıb. Həmin dövr üçün bu rekord məbləğ hesab olunurdu.
İdmançının bu ayaqqabısının da rekord qiymətə satılacağı idda edilir.
Oxşar xəbərlər
Azərbaycan bayrağı Nyu-Yorkun məşhur küçəsində ucaldılıb - FOTO
18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəmizin bayrağı ABŞ-ın Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlər...