Albert Eynşteyn haqqında maraqlı faktlar

Albert Eynşteyn haqqında maraqlı faktlar
Siyasət 2796

Nobel mükafatı laureatı, Nisbilik Nəzəriyyəsinin müəllifi, məşhur fizik, görkəmli alim, Albert Eynşteyn həmişə öz ixtiraları və nəzəriyyələri ilə tanınsa da, digər insanlar kimi normal həyat tərzi keçirib.

BAKU.WS xarici mətbuata istinadən Eynşteyn haqqında maraqlı faktları təqdim edir:

1. 1879-cu ilin martın 14-də Cənubi Almaniyanın Ulm şəhərində anadan olan Eynşteyn başı yekə, özü də kök bir uşaq olub.

2. Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Eynşteyn 4 yaşına qədər danışa bilməyib.

3. O, çox əsəbi uşaq olub. Deyilənə görə, müəlliminə stol atıb.

4. Eynşteyn 15 yaşında riyazi hesablamalarda həmyaşıdlarından fərqlənib və bu fərq o qədər böyük olub ki, müəllimlər onun bu istedadına təəccüblə yanaşıblar.

5. Eynşteyn üzgüçülükdən başqa heç bir idman növünü sevməyib. Ümumiyyətlə o, enerji sərfiyyatına səbəb olan fiziki fəaliyyətə qarşı olub. Özünün dediyi kimi, işdən gələndən sonra zehni işdən başqa heç nəyə enerji sərf etmək həvəsində olmayıb.

7. 1895-ci ildə 17 yaşlı Eynşteyn İsveç Federal Politexnik Universitetinə imtahan verir. Riyaziyyatdan keçsə də, tarix, xarici dil və coğrafiyadan kəsilir. Bir il sonra yenidən imtahan verərək həmin ali məktəbə daxil olmağı bacarır.

8. Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bildirilir. Münasibətləri başlayanda Eynşteyn 19, Mileva isə 23 yaşında idi. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib.

9. Dahi əzbərçiliyə qarşı olub.

10. Eynşteynin İQ səviyyəsi heç vaxt sınaqdan keçirilməyib. Bir çox internet saytları onun 160 İQ səviyyəsinə sahib olduğunu iddia edir, lakin bu iddianı təsdiqləmək üçün heç bir yol olmayıb.

11. Eynşteyn corab geyinməyə nifrət edirdi. "Mən gənc olanda öyrəndim ki, ayağın baş barmağı həmişə corabda deşik yaradır. Ona görə də corab geyinməyi dayandırdım", - özü deyib.

12. Eynşteynin cavanlıqda baxımlı qara saçları var idi, ta ki, oğlu Hans 1904-cü ildə anadan olana qədər. Oğlunun gəlişi ilə Eynşteyn işləmək və ailəsini dolandırmaqla çox məşğul olduğu üçün bərbərxanaya getməyi dayandırıb və o məşhur saç stili yaranıb.

Son xəbərlər