"The Beatles"ın çəkdiyi bu əsər 1,74 milyon dollara satıldı - FOTO
Əfsanəvi rok qrupu "The Beatles"ın çəkdiyi və imzası olan əsər 1,74 milyon dollara satılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əsər Nyu Yorkdakı “Christie's” hərrac evində auksiona çıxarılıb.
Onun 400-600 min dollar aralığında satılacağı ehtimal edilsə də, rəsm bu məbləğdən qat-qat yuxarı qiymətə alıcı tapıb.
Bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.
Abstrakt məna verən tablonun ilk sahibi Tetsusabro Shimoyama olub. O "The Beatles" pərəstişkarı olduğundan bu rəsmi əldə edib.
Daha sonra incəsənət nümunəsini 1980-cu ildə "Takao Nishino" adlı disk şirkətinə satıb. 2012-ci ildə isə bu əsəri "The Atlantic" adlı şirkət əldə edib.
Oxşar xəbərlər
Eynşteynə məxsus bu kağızlar rekord qiymətə satıldı
Albert Eynşteynin hesablama apardığı kağızlar rekord qiymətə satılıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, kağızlar 604 800 funta satılıb. Məşhu...