SİZİN REKLAM BURADA!
055 213 76 73


C vitamini deyəndə ağıla ilk gələn portağal, mandarin, greyfurt və digər sitrus meyvələri gəlir. Qida mütəxəssiləri başqa meyvə və tərəvəzlərdə də C vitamini olduğunu aşkarlayıblar. Onlar arasında çiyələk, Brüssel kələmi, brokoli, sarı Kaliforniya bibəri kimi tərəvəzlər var.

BAKU.WS xarici KİV-ə istinadən sözügedən tərəvəzləri təqdim edir:

Çiyələk

1 qab çiyələk = 89 milliqram

Çiyələkdə portağaldan daha artıq C vitamini var. Bir qab çiyələk xəsatəliyini inkişafının qarşısını almağa kömək edir. Təxminən gündəlik C vitamini ehtiyacını ödəyə bilər.

Brüssel kələmi

Bir qab bişmiş Brüssel kələmi = 98 milliqram

Brüssel kələmi, C vitaminli yüklü faydalı tərəvəzdir. Gün ərzində C vitamini ehtiyacını ödəmək üçün bişmiş Brüssel kələmi istehlak etmək olar.

Brokkoli

Bir qab bişmiş brokkoli = 102 milliqram

Brokoli də C vitamini baxımından çox zəngindir. Bir qab brokoli ilə siz xeyli C vitamini qəbul edə bilərsiniz. Araşdırmalar göstərir ki, qaydalı olaraq vitaminli tərəvəz istehlak etmək stressi azaldır. Bundan başqa xərçəng riskini də azaldır.

Sarı Kaliforniya bibəri

Bir qap sarı Kaliforniya bibəri = 275 milliqram

Bir qab qaynadılmış sarı Kaliforniya bibəri 275 miliqram C vitamininə bərabərdir.  

BAKU.WS