Bu xəstəlik uşaqların təhsilinə təsir edir: Həkim açıqladı - FOTO

Bu xəstəlik uşaqların təhsilinə təsir edir: Həkim açıqladı - FOTO
Siyasət 14

Anemiya uşaqlarda ən çox rast gəlinən qan xəstəliklərindən biridir. 6 aydan 2 yaşa qədər uşaqlarda iştahsızlıq, kökəlmə, solğun dəri, narahatlıq, anaya həddindən artıq bağlanma, ağladıqdan sonra nəfəs darlığı və ya anormal şeylər yemək kimi problemlər dəmir çatışmazlığınının göstəricisidir ola bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Uşaq Hematologiyası Mütəxəssisi Prof. Dr. Əziz Polat bu əlamətlər müşahidə olunarsa erkən diaqnoz üçün həkimə müraciət edilməsi lazım olduğuna diqqət çəkib.

"Uşaq yaşda uzun müddət dəmir çatışmazlığı olan uşaqların İQ səviyyəsinin yaşıdlarından bir neçə pillə aşağı olduğu göstərilmişdir. Dəmir çatışmazlığı zamanı orqanizmin immun sistemi də təsirlənir. Odur ki, qanazlığı nəinki uşağın İQ səviyyəsinə təsir edir, uşağın məktəb müvəffəqiyyətinin azalmasına səbəb olur, həm də immunitet sisteminə təsir edərək uşağın tez-tez xəstələnməsinə və gec sağalmasına səbəb olur. Ən çox görülən səbəb dəmir çatışmazlığı olsa da, bir çox amillər anemiyaya səbəb ola bilər. Buna görə də, uşağın sağlam böyüməsi və inkişafı üçün əsas faktorun vaxtında diaqnozu və müalicəsi çox vacibdir", - həkim bildirib.

Uşağın yaşına görə aşağı hemoglobinin anemiya olaraq adlandırıldığını ifadə edən Polat, bu xəstəliyin səbəbini "Qırmızı qan hüceyrələrinin tərkibində olan hemoglobin oksigenin bədənin bütün toxumalarına daşınmasını təmin edir. Qırmızı qan hüceyrələrinin istehsalı zamanı dəmir, Vitamin B12 və fol turşusu lazımdır. Bunlar olmadıqda, qırmızı qan hüceyrələrinin istehsalı azalır və anemiya meydana gəlir", - deyə izah edib.

Polat, bu dövrlərdə uşaqlarda qan azlığının ən əhəmiyyətli səbəbinin dəmir çatışmazlığı olduğunu ifadə edərək, "Dəmirin ana südündə sorulması çox yaxşı olduğu üçün doğuşdan ana südü ilə qidalanan uşaqlarda 6 aydan əvvəl dəmir çatışmazlığı müşahidə olunmur", - bildirib.

Onun sözlərinə görə, dəmir çatışmazlığının qarşısını almaq üçün vaxtından əvvəl doğulan körpələrə 2-ci ayda, vaxtında doğulan körpələr isə 4-cü aydan başlayaraq 1 yaşa qədər dəmir damcısı verilir.

"Qoruyucu damcılara baxmayaraq dəmir çatışmazlığı inkişaf edən uşaqlara daha yüksək dozada dəmir verilir. Bu səbəbdən bütün körpələrə 9-12-ci aylar arasında qan analizi, dəmir və B12 vitamini səviyyəsinin ölçülməsi tövsiyə olunur", - həkim qeyd edib.

Tamamlayıcı qidalara erkən başlamaq və bir yaşından əvvəl inək südü ilə qidalandırmaq körpələrdə dəmir çatışmazlığı riskini artırır. Yaşı çox olan uşaqlara gündə yarım litrdən çox inək südü, çay, qəhvə və qazlı qidalar qəbul etmək tövsiyə edilmir. Bundan əlavə, az miqdarda ət, yumurta və tərkibində C vitamini olan meyvə-tərəvəz istehlakı dəmir çatışmazlığına səbəb ola bilər. Bu səbəblə qan azlığına qarşı qırmızı ət, qaraciyər, yumurta sarısı, noxud, lobya, mərcimək, ispanaq, kələm, brokoli, pomidor, üzüm və qara tut bəhməzi, xurma, püstə, kişmiş, gavalı və ərik qurusu istehlak edilməlidir.

Dəmirlə zəngin qidaların istehlak edilməsi böyük əhəmiyyət kəsb edir.

Polat uşaqlarda qan azlığının digər səbəbinin də B12 vitamini çatışmazlığı olduğuna diqqət çəkərək, "İlk aylarda körpələr B12 vitaminini analarından alırlar. Ona görə də anaların həm hamiləlik, həm də əmizdirmə zamanı qidalanmasına diqqət yetirmələri, lazım gəldikdə dəmir və vitamin preparatlarından istifadə etmələri körpə üçün çox önəmlidir. Çünki erkən uşaqlıqda B12 vitamini çatışmazlığı olarsa, anemiya ilə yanaşı uşağın nevroloji inkişafı da dayanır. Oturma, sürünmə, yerimə, öyrənmə və beyin inkişafında gecikmələr ola bilər. Bu səbəbdən B12 vitamini müalicəsinin vaxtında aparılması lazımdır", - deyə vurğulayıb.

B12 vitamini çatışmazlığının əlamətləri solğunluq, iştahsızlıq, çox yatmaq, unutqanlıq, konsentrasiyanın olmaması, başgicəllənmə, tarazlığın pozulması, ağızda və dildə çatlar, ağrılar, səpgilər, qarın ağrısı, uzun sürən ishal kimi qeyd olunur.

Bu uşaqlara qırmızı və ya ağ ət, qaraciyər, yumurta, süd, qatıq, pendir, balıq kimi B12 vitamini ilə zəngin qidalar yeməsi tövsiyə olunur.

Dəmir və B12 çatışmazlığından başqa, anemiyasının daşıyıcısı və xəstəliyi (talassemiya), sarılıqlı hemolitik anemiyalar və xroniki xəstəlik anemiyası kimi amillər də anemiyaya səbəb ola bilər.

Dərinin solğunluğu, sümük ağrıları, hərarətin yüksəlməsi, burun və diş ətinin qanaması, bədəndə göyərmələr, boyun nahiyəsində vəzlərin böyüməsi kimi əlamətlər müşahidə edildikdə mütləq uşaq hematoloquna müraciət etmək lazımdır.

Son xəbərlər