C vitamini portağaldan daha artıq olan meyvə və tərəvəzlər - FOTO
C vitamini deyəndə ağıla ilk gələn portağal, mandarin, greyfurt və digər sitrus meyvələri gəlir. Qida mütəxəssiləri başqa meyvə və tərəvəzlərdə də C vitamini olduğunu aşkarlayıblar. Onlar arasında çiyələk, Brüssel kələmi, brokoli, sarı Kaliforniya bibəri kimi tərəvəzlər var.
BAKU.WS xarici KİV-ə istinadən sözügedən tərəvəzləri təqdim edir:
Çiyələk
1 qab çiyələk = 89 milliqram
Çiyələkdə portağaldan daha artıq C vitamini var. Bir qab çiyələk xəsatəliyini inkişafının qarşısını almağa kömək edir. Təxminən gündəlik C vitamini ehtiyacını ödəyə bilər.
Brüssel kələmi
Bir qab bişmiş Brüssel kələmi = 98 milliqram
Brüssel kələmi, C vitaminli yüklü faydalı tərəvəzdir. Gün ərzində C vitamini ehtiyacını ödəmək üçün bişmiş Brüssel kələmi istehlak etmək olar.
Brokkoli
Bir qab bişmiş brokkoli = 102 milliqram
Brokoli də C vitamini baxımından çox zəngindir. Bir qab brokoli ilə siz xeyli C vitamini qəbul edə bilərsiniz. Araşdırmalar göstərir ki, qaydalı olaraq vitaminli tərəvəz istehlak etmək stressi azaldır. Bundan başqa xərçəng riskini də azaldır.
Sarı Kaliforniya bibəri
Bir qap sarı Kaliforniya bibəri = 275 milliqram
Bir qab qaynadılmış sarı Kaliforniya bibəri 275 miliqram C vitamininə bərabərdir.
Oxşar xəbərlər
Qış aylarında vitamin D qəbulu nə qədər vacibdir?
Həkimləirin fikrincə, kifayət qədər yağlı balıq və tam taxıl yeyən insanların qışda D vitamini əlavələri qəbul etməsinə ehtiyac yoxdur. BAKU.WS bu barədə Rusiya...