SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı 70 ildən sonra ilk dəfə qanuni spirtli içkilər satmağa hazırlaşır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna uyğun olaraq, ölkənin paytaxtı Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə açılacaq ilk içki mağazası yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərəcək.

Yeni təcrübə ilə diplomatlara ayda 240 bala içkilər satılacaq və bir litr yüksək spirtli içkilər (viski, cin və s.) altı bal, bir litr şərab üç bal, bir litr pivə isə 1 bal dəyərində olacaq.

Bir diplomatın hər ay 40 litr spirtli içki və ya 80 litr şərab alması mümkündür. Ölkədə yaşayan əcnəbilərə spirtli içki satışı ilə bağlı heç bir fərq olmayacaq.

Səudiyyə Ərəbistanında mövcud qanunlara görə, spirtli içki içən və ya saxlayan şəxslər üçün cərimə, həbs və açıq şallaq kimi cəzalar var və qüvvədə qalacaq.

Ölkədə spirtli içki satışına qoyulan qadağa 1952-ci ildə kral Əbdüləzizin oğullarından birinin sərxoş halda İngilis diplomatını güllələyərək öldürməsi ilə qüvvəyə minib.

Körfəz ölkələrinin əksəriyyətində spirt istehlakı oxşar məhdudiyyətlərə məruz qaldığı halda, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yaşı 21-dən yuxarı olan qeyri-müsəlmanlar üçün otellərdə, klublarda və barlarda spirtli içkilər satılır.

BAKU.WS