Camal Haşoqqinin amansız qətli: Şaqqalayıb turşuda əritdilər - FOTO
16
okt
2018
17:36
ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyə və Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. BAKU.WS milli.az-a istinadən xəbər verir ki, o, məşhur səudi jurnalist Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) müəmmalı şəkildə yoxa çıxmasını araşdıracaq.Səudiyyə Ərəbistanının hakimiyyətinə, daha doğrusu varis şahzadə Məhəmməd bin Salmana qarşı sərt tənqidi mövqeyi ilə seçilən jurnalist oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna daxil olandan sonra itkin düşüb.Pompeo dünən Ər-Riyadda kral Salman bin Əbdel Əziz əl Səudla görüşərək danışıqlar aparıb.Kral jurnalistin baş konsulluğun binasındakı dindirmə zamanı keçindiyini etiraf edib.ABŞ-ın Milli Təhlükəsizlik Şurası xüsusi bəyanat yayaraq Türkiyədəki müstəntiqlərin araşdırmalarını və təhqiqatını tam dəstəklədiyini vurğulayıb.Dünən bir qrup türk polis və müstəntiq Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında araşdırmalar aparıblar. Eyni zamanda, səudi diplomatların maşınlarına baxış keçirilib, DNT nümunələri və əl izləri götürülüb.Camal Haşoqqinin köşə yazarı olduğu The Washington Post-un yaydığı məlumata görə, jurnalist konsulluğun binasında qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb, çantalarla çıxarılaraq hava limanına aparılıb və orada Səudiyyə Ərəbistanına məxsus təyyarəyə yüklənib.Tanınmış türk jurnalist Kamal Öztürk bildirib ki, Haşoqqinin qətl anlarının əks olunduğu video mövcuddur.Bundan başqa, Səudiyyə Ərəbistanından xüsusi təyyarə ilə İstanbula 15 nəfərlik "qətl dəstəsi"nin gəlişinin videosu da var. Həmin dəstə Səudiyyə Ərəbistanının kəşfiyyatının əməkdaşlarından ibarətdir.Dəstə Haşoqqi itkin düşməzdən 3 saat əvvəl İstanbula gəlib, qətldən dərhal sonra təyyarə ilə Ər-Riyada qayıdıb. Dəstədə Səudiyyə Ərəbistanının kəşfiyyatının polkovniki Maher Mutrebin, habelə patoloqoanatomun da olduğu bildirilir.2017-ci ildən bəri ABŞ-da yaşayan Camal Haşoqqi türk nişanlısı ilə nikahını rəsmiləşdirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanmışdı.The New York Times bildirir ki, Camal Haşoqqi konsulluqda qətlə yetiriləndən sonra onun cəsədi mişarla doğranaraq şaqqalanıb, sonra da kimyəvi turşuda həll olunub, polietilen paketlərə yığılaraq çantalara qoyulub və təyyarəyə aparılıb.Səudiyyə Ərəbistanı və ABŞ arasındakı münasibətlərdə prioritet silah alverdir.Donald Tramp ABŞ prezidenti seçiləndən sonra onun ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına olmuşdu."Ər-Riyadda kral Salman və Donald Tramp arasında aparılmış danışıqlarda razılaşma əldə olunub. Şərtlərə görə, səudilər sürəkli olaraq ABŞ-dan silah və hərbi texnika alırlar, bunun müqabilində də Vaşinqton onlara insan haqları və demokratiya ilə bağlı mühazirələr oxumur.BAKU.WS
Oxşar xəbərlər
Ərəblər türk jurnalisti mişarla doğradılar - FOTO
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bir həftə əvvəl yoxa çıxan jurnalist Camal Kasıkçının kral ailəsinin qərarı ilə diplomatik nümayəndəlikdə öldü...